“Fənərbağça”da yeni yoluxma
25.03.2021 , 17:28
“Fənərbağça”da daha bir futbolçu koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Covid-19 testi müsbət çıxan futbolçunun adı açıqlanmayıb. Onun dərhal karantinə alındığı bildirilib.
Qeyd edək ki, “Fənərbağça”da buna qədər daha dörd futbolçu koronavirusa yoluxmuşdu.