“Fənərbağça”da koronavirus testinin nəticəsi açıqlandı
26.05.2020 , 19:53
“Fənərbağça” növbəti dəfə koronavirus testindən keçib.
Korner.az xəbər verir ki, bütün testlərin nəticəsi neqativ çıxıb.
Klub bir həftəlik təlim-məşq toplanışına start verəcək. Komanda üzvləri mayın 26-dan 31-nə qədər Rivada xüsusi “kamp” keçəcək.