“Fənərbağça”da ciddi itkilər
21.11.2019 , 01:31
“Fənərbağça” Super Liqanın XII turunda “Yeni Malatyaspor”la oyuna ciddi itkilərlə çıxacaq.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Vedat Muriç və Maks Kruze bu qarşılaşmada meydanda olmayacaq. Hər iki futbolçu zədədən əziyyət çəkir.
Qeyd edək ki, “Yeni Malatyaspo” – “Fənərbağşa” matçı noyabrın 24-də keçiriləcək.