Türkiyənin "Fənərbağça" klubu UEFA tərəfindən cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, ali futbol qurumunun qərarına əsasən, İstanbul təmsilçisi Avropa Liqasındakı qarşıdakı bir ev oyununu, 1/16 final mərhələsinin Belarus BATE-sinə qarşı görüşü azarkeşlərin iştirakı olmadan keçirəcək.
Buna səbəb isə "sarı lacivərtlilər"in "Marsel"lə səfər oyununda məşəl yandırması və həmin matçda onların qalmaqal yaratması səbəb olub.