“Fəxr edirəm ki, belə futbolçularla işləyirəm” – Sənan Qurbanov
20.12.2018 , 19:04

“Kubok oyunları fərqli olur. İlk görüşdə səhvlərimiz var idi. Bunu analiz etmişdik. Sevindiricidir ki, futbolçular cavab matçına çox məsuliyyətlə yanaşdılar. Demək olar ki, səhvsiz oynadıq. Yaxşı futbol oynayıb qalib gəldik”.
Bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 finalının “Sabah”la cavab oyunundan (1:0) sonra mətbuat konfransında deyib.
Yarımfinala vəsiqə qazandıqları qələbəni şərh edən baş məşqçi Topaz Premyer Liqadakı hədəflərindən də danışıb:”Topa nəzarət bizdə idi. Komandamız daha çox qol imkanı yaratdı. Qış fasiləsindən sonra istədiklərimiz daha yaxşı, sistem şəklində işləməlidir. Fəxr edirəm ki, belə futbolçularla işləyirəm. Mərhələ keçdiyimiz üçün həm komandanı, həm azarkeşləri təbrik edirəm. Komandama inanıram. Nəyinsə üzərində işləyəndə və inkişafı görəndə inamlı danışmaq mümkündür. Qış fasiləsindən sonra daha çox qələbə qazanmalıyıq ki, rəqiblərimizə çataq. Bunun üçün çox çalışmalıyıq. Qarşıda zamanımız da var. İlk yarıdan sonra rəqiblərlə aramızda böyük xal fərqi olmadığı və qarşıda yarım mövsümün qaldığını nəzərə alsaq, hədəfimiz ilk “üçlüy”ə düşməkdir. Həm çempionat, həm kubokda sonadək mübarizə aparacağıq”.
