Fətəliyeva Avropa ikincisi oldu
15.08.2023 , 10:51

Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.
Korner.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Röyalə Fətəliyeva finalda uduzaraq, fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın digər parataekvondoçusu Sabir Zeynalov (58 kq) Avropa çempionatında bürünc medal qazanmışdı.
