“Fərqli hisslər keçirdim, duyğulu idim” – Aqolli
26.07.2018 , 11:25

“Qarabağ”ın futbolçusu Ansi Aqolli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə səfər oyunu (0:0) ilə bağlı fikirlərini bildirib.
Albaniyalı müdafiəçi ölkəsinin mətbuatına müsahibəsində Bakıda keçiriləcək cavab matçı haqda da danışıb.
– Albaniya komandasına qarşı oynamaq necə hissdir?
– Uzun illərdir Avropada müxtəlif klublara qarşı oynasam da, duyğulu idim. İlk dəfə Albaniya komandasına qarşı meydana çıxırdım. Fərqli hisslər keçirdim.
– “Kukesi”nin belə çətin rəqib olacağını düşünürdünüz?
– “Kukesi” əvvəlki seçmə mərhələlərdə yaxşı komanda olduğunu göstərmişdi. Bizə çətin olacağını bilirdik.
– “Kukesi”nin baş məşqçisi Kunqu taktiki sxemi ilə sizi təəccübləndirə bildi?
– Həmişə demişəm ki, Kunqu alban komandaları üçün əsl ustadır. Müdafiə olunmağı yaxşı bacarır. Oyundan öncəki proqnozum da özünü doğrultdu.
– Azərbaycanda keçiriləcək cavab oyunundan nə gözləyirsiniz?
– Bu turnirdə şey 180 dəqiqədə həll olunur. Arxayınlaşmaq üçün vaxt yoxdur. Ola bilər ki, növbəti oyun 90 dəqiqədən artıq çəksin. Bəzi səhvlərimizi təkrarlamamalı və bütün imkanlardan istifadə edib növbəti mərhələyə yüksəlməliyik.
– “Kukesi”nin şansı var?
– Şəxsi təcrübə əsaslanıb deyə bilərəm ki, futbol proqnozları sevmir. Burda hər şey ola bilər. İndi nəsə desəm, düzgün olmaya bilər.
