Fəridin komandası səfərdə məğlub oldu
07.11.2021 , 11:22

Çexiya 2-ci divizionunda 14-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” səfərdə “Prosteyov”a məğlub olub – 0:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, görüşün 36-cı dəqiqəsində meydana buraxılıb.
“Viktoriya” 14 turdan sonra 9 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb.
