Həmyerlimiz Fərid Quliyevin şərəfini qoruduğu Türkiyənin “Kahramanmaraşspor” klubu dünən yoxlama matçına çıxıb.
Korner.az-ın məlumatına görə, millilərin görüşü səbəbiylə yaranan fasilədən yararlanan Türkiyə PTT 1-ci Liqa təmsilçisi “Türkoğlu Bələdiyyəspor”la qüvvəsini sınayıb.
Yoldaşlıq görüşündə “Kahramanmaraşspor” rəqib qapısından 5 cavabsız top keçirib. Bu qollardan birinə isə azərbaycanlı futbolçu imza atıb.
