“Kahramanmaraşspor”dan ayrılan Fərid Quliyev hələ ki, fərdi qaydada məşq edir.
Korner.az-ın məlumatına görə, o gələck planları barədə açıqlama verib:
“Hələlik fərdi qaydada məşq edirəm. Qış fasiləsində yəqin ki, başqa bir kluba keçəcəm. Təkliflər var. Karyeramı Türkiyədə davam etdirmək istəyirəm. Bank Asiya I Liqa klublarından təkliflər də var. Mənim də 27-28 yaşım var, oynayan vaxtımdı. Bundan başqa, Türkiyədə futbolun səviyyəsi də bizdən yüksəkdi”.
