“Kahramanmaraşspor”dan ayırlan Fərid Quliyevin vətənə dönməsi barədə bir neçə gün əvvəl məlumat vermişdik.
Korner.az-ın məlumatına görə, hücumçu formasını itirməmək üçün I divizion təmsilçisi “Şuşa”nın düşərgəsində məşq edir.
Amma bu durum müvəqqətidi. Belə ki, qışda özünə başqa klub tapmalı olacaq. Quliyev artıq həm Türkiyə, Həm də Azərbaycan klublarından təkliflər alıb. Türkiyədən onunla PTT 1-ci liqasının 5-ci pilləsində qərarlaşan “Mersin İdman Yurdu” və Davud Kəriminin forma geyindiyi “Fethiyespor” maraqlanır. Ölkəmizdə isə adı açıqlanmayan Premyer Liqa təmsilçisi onun xidmətində maraqlıdı.
