Fərid Quliyev karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Korner.az-ın məlumatına görə, bu barədə hücumçu özü məlumat verib.
Quliyev bildirib ki, hazırda Türkiyənin 3 klubunun transfer siyahısında yer alıb: “Bunlar “Mersin İdman Yurdu”, “Tavşanlı Linyitspor” və “Fethiyespor”du. Danışıqları menecerim aparır. Mən bütün işləri ona həvalə etmişəm. Çox yaxında yeniliklər olmalıdı”.
Qeyd edək ki, Quliyev son olaraq, çıxış etdiyi “Kahramanmaraş”dan maliyyə probleminə görə ayrılıb.
Futbol11.az
