Fərid Qayıbov Konfederasiyanın nümayəndələrini qəbul etdi
28.12.2021 , 16:28

Gənclər və idman naziri Fərid Qayıbov Bakıda səfərdə olan Dünya Etnosport Konfederasiyası nümayəndələrini qəbul edib.
Korner.az xəbər verir ki, nümayəndə heyəti üzvlərini – təşkilatın baş katibi Halim Aksu, koroprativ əlaqələr direktoru Levent Akıcı və tədbirlər direktoru Salih Aksunu salamlayan nazir qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.
Görüşdə əsasən, 2022-ci ildə Bakının ev sahibliyi edəcəyi V Beynəlxalq Etnosport Forumuna hazırlıq məsələləri müzakirə edilib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Aksu Azərbaycanın digər beynəlxalq tədbirlər kimi, Forumu da yüksək səviyyədə təşkil edəcəyinə əminliyini vurğulayıb.
Pandemiya səbəbindən təxirə salınmış V Beynəlxalq Etnosport Forumu gələn il keçiriləcək.
