Fərid oynadı, komandası qalib gəldi
14.05.2020 , 16:09

Çexiyanın “Viktoriya” klubu yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin çıxış etdiyi Jijkov təmsilçisi səfərdə “Yablonets”lə qarşılaşıb.
Komandalar gün ərzində fərqli heyətlərlə iki yoxlama oyunu keçiriblər. Fərid ilk oyunun iştiraçısı olub. Start heyətdə meydana çıxan futbolçu sonadək oynayıb. “Viktoriya” görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.
Fəridin iştirak etmədiyi digər qarşılaşmada da isə “Yablonets” eyni hesabla qalib gəlib.
