Futbol

Fərid oynadı, komandası qələbə qazandı

27.05.2020 , 18:25

Koronavirus pandemiyasına görə iki aydır dayandırılan Çex Respublikasının 2-ci liqasında mövsüm bərpa olunub.

Korner.az xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi Jijkov “Viktoriya”sı 18-ci turda səfərdə “Vitkoviçe”yə 1:0 hesabı ilə qalib gəlib.

Fərid start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandanın digər azrəbaycanlı futbolçusu Samir Qurbanovun adı oyunun iştirak ərizəsinə daxil edilməyib.

“Viktoriya” 29 xalla 6-cı pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı