Fərid Nəbiyev “Slaviya”nın əsas komandasında!
25.08.2018 , 20:26

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Çexiyanın “Slaviya” klubunun əsas komandasının heyətində bu gün debüt edə bilər.
İstedadlı futbolçu Çexiya Fortuna Liqasının VI turunda TTeplitse” ilə oyun üçün səfərə aparılan heyədə yer alıb. Belə ki, baş məşqçi Yindrix Tripovski U-21 komandasının heyətində parlaq oyun göstərən futbolçunu bu həftə əsas komandaya cəlb edib. “Qəbələ” Futbol Akademiyasının yetirməsi az sonra start götürəcək matça ehtiyat oyunçular skamiyasında başlayacaq.
Baş məşqçi oyunun gedişində gənc yarımmüdafiəçinin xidmətindən istifadə edə bilər.
Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan 19 yaşlı futbolçu U-21 komandasının heyətində cari mövsümdə 5 oyuna 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
