Fərid Nəbiyev darmadağının iştirakçısı oldu
03.06.2020 , 11:21

Çexiya I Divizionunda XX turunun oyunları keçirilir.
Azərbaycan U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” səfərdə “Varnsdrof”u 4 cavabsız qolla məğlub edib. Start heyətdə meydana çıxan Nəbiyev 84-cü dəqiqədə əvəzlənib.
“viktoriya Jijkov” 35 xalla 5-cidi.
