Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.
Korner.az-ın məlumatına görə, məşhur güləşçimiz Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri təyin edilib.
Məlumatı nazirliyin mətbuat xidmətinin rəhbəri Samayə Məmmədova təsdiqləyib.
Sözügedən şöbənin əvvəlki rəhbəri Mirkamil Rəhimov olub. Onun vəfatından sonra bu vəzifə boş qalmışdı.
