“9 ildir oynadığım komandadan ayrılmaq mənim üçün üzücüdür. Bura mənə ailəm kimidir. Nə vaxtsa, yenidən məşqçi kimi də olsa da, “Qarabağ”a qayıtmaq istəyirəm”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”dan “Sumqayıt”a keçən Fərhad Vəliyev Ağdam klubunun rəsmi saytına açıqlamasında deyib.
34 yaşlı qapıçı “Qarabağ”ın həmişə uğur qazanmasını arzulayacağını bildirib: “Bu 9 il karyeramın ən yaxşı vaxtları idi. Hər zaman klub rəhbərliyi, baş məşqçimiz Qurban Qurbanov, qapıçılarla hazırlıq üzrə məşqçi Elxan Həsənov dəstəyini verib. Daha bir-iki il karyeramı davam etdirmək fikrindəyəm. Bir daha vurğulayım, nə vaxtsa yenidən “Qarabağ”a qayıtmağı planlaşdırıram”.
Qeyd edək ki, “Sumqayıt” Fərhad Vəliyevlə 1 illik müqavilə imzalayıb.
