“Fərdi səhvlərə yol verirdilər”
12.11.2022 , 18:39

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın XIV turunda “Səbail”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Korner.az xəbər verir ki, “CBC Sport”a danışan mütəxəssis 1:0 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:
“Oyun gözlədiyimizdən ağır keçdi. “Sabah”la oyunda da onlara çətinlik yaratmışdılar. İstərdik ki, daha rahat qələbə qazanaq, erkən qol vuraq. İlk hissədə yaxşı oynadıq. Fasilədən sonra futbolçuların üzərində böyük həyəcan var idi. Fərdi səhvlərə yol verirdilər. Şükürlər olsun ki, özlərini toparladılar və vacib 3 xal qazandıq.
