"Fənərbağça" heyətini daha bir legionerlə gücləndirib.
Korner.az xəbər verir ki, bu barədə klubdan İstanbul Qiymətli Kağızlar Bazarına məlumat ötürülüb.
Məlumatda qeyd edilib ki, "sarı-lacivərdlilər" "Çelsi"nin portuqaliyalı futbolçusu Raul Meyreleşlə müqavilə imzalamaq üçün qarşı tərəflə danışıqlara başlayıb.
Bu arada NTV spor az əvvəl yarımmüdafiəçinin artıq İstanbula gəldiyi xəbərini verib.
