Uesli Sneyderin transferi ilə bütün diqqətləri üzərinə çəkən "Qalatasaray"ın gündəmi zəbt etməsi ardından növbəti transfer xəbəri "Cim-Bm"un əzəli rəqibi "Fənərbağça"dan gəldi.
Korner.az-ın məlumatına görə, Türkiyə mediasının yaydığı xəbərə görə, "sarı lacivərdlilər" son Fransa çempionu "Monpelye"dən Yunus Belhanda və "Spartak"dan (Moskva) Emenikenin keçidini reallaşdırmaq üzrədi.
