“Fənərbaxça”dan “Barselona”ya “hücum”!
18.06.2018 , 22:06

“Fənərbaxça” növbəti mövsüm “Barselona”nın 6 ulduz futbolçusunu öz heyətində görməyə qərarlıdır
İstanbul təmsilçisinin idman direktoru D.Comollinin danışıqlar üçün Barselonaya yollanması gözlənilir. Transfer danışıqları çərçivəsində Comolli 6 ulduz futbolçu üçün “Barselona” ilə razılıq əldə etməyə çalışacaq. Transfer siyahısı isə belədir: Pako Alkaser, Andre Qomes, Tomas Vermalen, Aleks Vidal, Yerri Mina, Denis Suarez.
