“Fənərbağça”da itki
20.08.2019 , 17:09
“Fənərbaxça”nın futbolçusu Viktor Mozes zədələnib.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, superliqanın ilk turunda dünən “Qazişehir”lə matçda (5:0) zədələnən nigerliyalı yarımmüdafiəçinin əzələsində yırtıq aşkarlanıb.
Onun ən azı üç həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
