“Fənərbaxça”da gərginlik: araşdırma başlandı
28.07.2018 , 16:41

“Fənərbaxça”nın yeni prezidenti Əli Qoçun “Borc içində batmışıq” açıqlamasına komandanın baş məşqçisi Əziz Yıldırım sərt reaksiya göstərib
Türkiyə mətbuatının yaydığı məlumata görə, Əziz Yıldırım “Borc filan yoxdur. Əgər borc içində üzürsə, şirkət necə sərmaye əldə edir?” deyə etirazını bildirib: “Əli bəy, azarkeşləri yalnış yönləndirir. Bu işin hüquqi tərəflərini də nəzərə almaq lazımdır. Bazar etrtəsini gözləyin. Görün, nələr olacaq!”
Qeyd edək ki, Əziz Yıldırımın hüuquqşünasları artıq araşdırmalara başlayıb. Əli Qoç da buna qarşılıq olaraq, hüquqi müstəvidə çalışmalara başlayıb.
