Türkiyə superliqasının 23-cü turunda keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” matçının hakimləri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Şükrü Saracoğlu” stadionunda keçiriləcək oyun FİFA referisi Cüneyt Çakıra tapşırılıb.
Ona Bahattin Duran və Tarık Ongun köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Özgüç Türkalp yerinə yetirəcək.
Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” oyunu martın 8-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
