“Fənərbaxça” Mozez ilə bağlı qərar verdi
28.03.2019 , 11:15

Qış transfer dönəmində İngiltərənin “Çelsi” klubundan icarə əsasında “Fənərbaxça” klubuna keçən Viktor Mozez ilə bağlı qərar verilib.
“Fənərbaxça” nigeriyalı futbolçunu bir dəfəlik heyətinə qatmaq niyyətindədir. Türkiyə təmsilçisi bunun üçün qarşı tərəfə 5 milyon avro təklif edib.
Qeyd edək ki, “Fənərbaxça” ilə 6 oyuna çıxan Mozez 2 dəfə fərqlənməyi bacarıb.
