“Fənərbaxça”da gözlənilən ayrılıq gerçəkləşib.
İstanbul təmsilçisi qarşılıqlı razılıq əsasında baş məşqçi Aykut Kocamanla əməkdaşlığa son qoyub.
Artıq “Fənərbaxça”nı kimin çalışdıracağı da böyük ölçüdə dəqiqləşib. Komandaya PSV-nin baş məşqçisi Fillip Kokunun rəhbərlik edəcəyi gözlənilir.
Qeyd edək ki, A.Kocaman mövsümün əvvəlində “Fənərbaxça”ya baş məşqçi təyin olunmuşdu.
