Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbağça” heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Korner.az-ın məlumatına görə, bu haqda “Fanatik” xəbər yayıb.
“Sarı-lacivərtlilər” “Arsenal”ın qapıçısı David Ospina ilə razilğa gəlib.
“Topçular”la 2019-cu ilə qədər müqaviləsi olan qolkiperin transfer qiymətinin 7 milyon avro olduğu bildirilir.
İddia edilir ki, 28 yaşlı “çərçivə qoruyucusu” “Fənərbağça”yla 4 illik müqavilə imzalayacaq və ilə 2.5 milyon avro qazanacaq.
