Türkiyə Superliqasında sabah baş tutacaq təxirə salınmış matç olan “Qalatasaray” oyunu öncəsi “Fənərbaxça” ulduz futbolçusundan şad xəbər alıb.
Korner.az-ın məlumatına görə, kiçik zədəsi olan və son turu buraxmalı olan Robin van Persi bu gün komanda ilə birgə məşqlərə başlayıb. Onun “Qalatasaray”la matçda oynayacağı gözlənilir.
“Qalatasaray” – “Fənərbaxça” derbisi sabah Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
