“Fənərbağça”nın zədəlisi sıraya döndü
04.12.2024 , 22:55
“Fənərbağça” “Beşiktaş”la keçiriləcək oyunun hazırlıqlarına başlayıb.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin zədəli oyunçusu Çağlar Söyüncü də komanda ilə məşqlərə qoşulub.
Bu mövsüm “Fənərbağça”nın heyətində 17 matçda forma geyinən futbolçu 1 dəfə qol sevinci yaşayıb.
”Beşiktaş” – “Fənərbağça” matçı dekabrın 7-si saat 20:00-da baş tutacaq.