“Fənərbağça” “Vilyarreal”ın futbolçusu Roberto Soldado ilə anlaşıb.
32 yaşlı hücumçunun yaxın günlərdə İstanbula gələrək rəsmi müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, ispaniyalı futbolçu ötən mövsüm “Vilyarreal”ın heyətində 10 oyunda 4 qol vurub.
