“Fənərbağça”nın yeni transfer hədəfi
16.12.2025 , 19:54
PSV-də çıxış edən yarımmüdafiəçi Coy Veerman Türkiyə Super Liqasına transfer oluna bilər.
Korner.az xəbər verir ki, “Fənərbağça” niderlandlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
İstanbul təmsilçisi 26 yaşlı oyunçunu qış transfer dövründə komandaya cəlb etməyi planlaşdırır. Məlumata əsasən, tərəflər arasında razılaşmanın əldə olunma ehtimalı kifayət qədər yüksəkdir.
Xatırladaq ki, PSV Veermanı 2022-ci ilin yanvarında “Herenven”dən transfer edib. Niderland millisinin üzvü cari mövsümdə Eyndhoven klubunun formasında meydana çıxdığı 22 rəsmi qarşılaşmada 8 dəfə fərqlənib və 7 assist edib.