“Fənərbağça”nın yeni transfer hədəfi
03.04.2025 , 09:30

“Fənərbağça” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Super Liqa klubu “Göztepe”də çıxış edən Taha Altıkardeşi heyətinə cəlb etmək istəyir.
Türkiyə nəhəngi 21 yaşlı mərkəz müdafiəçisi üçün qarşı tərəfə müəyyən miqdarda pul və bir oyunçu təklif edib.
Tərəflər arasında hələlik danışıqlar davam edir.
