“Fənərbağça”nın yeni baş məşqçisinin kim olacağı dəqiqləşib.
Korner.az-ın məlumatına görə, bu hollandiyalı mütəxəssis Dik Advokatdı.
O, bu barədə Türkiyənin “Fanatik” qəzetinə açıqlama verib.
“Fənərbağça”dan mənə inanılmaz təklif gəldi. Mən də qəbul etdim. Belə bir klubun bu cür möhtəşəm təklifini rədd edə bilməzdim” – deyə o qeyd edib.
Advokat son olaraq Hollandiya millisində məşqçi kimi çalışıb.
