"Fənərbağça"nın futbolçusu Kristiyan Baroni "Əskişəhərspor"un qapısına vurduğu qolla komandasına 3 xalı qazandırıb.
Korner.az-ın məlumatına görə, azarkeşlərin və Türkiyə mediasının tənqidlərinə tuş gələn futbolçu qol vurduqdan sonra ağlayıb. Bundan öncəki matçlarda futbolçu qol vurduqdan sonra özünü yalandan ağlamış kimi göstərirdi. Lakin bu dəfə Baroni göz yaşlarını gizlədə bilməyib.
