"Fənərbağça"nın "tvitter" sosiyal şəbəkəsindəki rəsmi səhifəsində bu səhər maraqlı hadisə baş verib.
Korner.az-ın məlumatına görə, klubla bağlı bütün informasiyaların yayımlandığı səhifədə bu səhər 846.000 – dən çox oxuyucu maraqlı suprizlə qarşılaşıblar. Belə ki, səhifədə Amerikanın məhşur kino ulduzu və müğənnisi Selena Qomezin makyaj etdiyi videogörüntü yayımlanıb. "Sarı-lacıvərd"li azarkeşlər bu videoya görə çaş-baş düşərək heç bir şey anlamayıblar. Ancaq daha sonra rəsmi səhifənin oğurlandığı iddia edildi. Video matrealın yüklənməsindən bir neçə dəqiqə sonra səhifə idarəçiləri həmin görüntüləri silib.
