“Fənərbağça”nın transferi baş tutmadı: Çermiti “Reyncers”də qalır
28.01.2026 , 15:30
“Fənərbağça”nın Yussef Çermitini heyətinə qatmaq cəhdi nəticəsiz qalıb.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sarı-lacivərtlilər “Reyncers”in gənc hücumçusu üçün 15 milyon avro məbləğində rəsmi təklif irəli sürsə də, Qlazqo klubu bu təklifi qəbul etməyib.
21 yaşlı portuqaliyalı forvardın Şotlandiya təmsilçisi ilə müqaviləsi 2029-cu ilin 30 iyun tarixinə qədər qüvvədədir. Çermiti karyerası ərzində “Sportinq” və “Everton” klublarında da forma geyinib.