“Fənərbağça”nın təklifini rədd etdilər
28.08.2024 , 13:57
Yarımmüdafiəçi axtarışlarını davam etdirən “Fənərbağça” sürpriz ad üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Palmeyras”ın yarımmüdafiəçisi Riçard Rios üçün təklif göndərib.
Bu barədə ESPN-də xəbər yer alıb.
Xəbərdə, “Fənərbağça”nın oyunçu üçün 23 milyon avro ödəməyə hazır olduğu, Braziliya klubunun isə bu təklifi rədd etdiyi bildirilib.
“Palmeyras” rəhbərliyi Riosun sərbəst qalması üçün 100 milyon avro tələb edib.
Bu səbəbdən tərəflər arasında razılıq əldə olunmayıb.
İndiyədək karyerasında 128 matça çıxan Rios 8 qol vurub, 4 məhsuldar ötürmə edib. Kolumbiyalı futbolçunun hazırkı bazar dəyəri 10 milyon avro olaraq göstərilir.
Mina Musayeva