Ulduz oyunçu “Fənərbağça”nın təklifini qəbul etmədi
11.06.2025 , 20:16

Duşan Vlahoviç “Fənərbağça” ilə razılığa gələ bilməyib.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, serbiyalı futbolçu İstanbul klubunun təklifini qəbul etməyib.
25 yaşlı hücumçunun “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.
