“Fənərbağça”nın sürpriz transfer hədəfi
16.01.2025 , 12:55

“Fənərbağça” üçün sürpriz transfer iddiası gündəmə gəlib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin “Borussiya”da (Münhenqladbax) çıxış edən Natan Nqoumun ilə maraqlandığı bildirilir.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Super Liqa nəhəngi yaxın günlərdə 24 yaşlı yarımmüdafiəçi üçün danışıqlara başlayacaq.
Sağ və sol cinahda oynaya bilən fransız ulduz cari mövsümdə Bundesliqada 11 rəsmi oyuna çıxıb.
