Fransanın PSJ klubunun "Fənərbağça"dan aldığı Dieqo Luqanı baş məşqçi Karlo Ancellotidən şikayətçi olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, aldığı zədələrə rəğmən hələ də forma geymək şansı olmayan Lugano "narahatam, çünki oynamaq üçün heç bir şansım yoxdur. Çempionlar Liqasında siyahıya daxil olmadığımı belə mətbuatdan öyrənirəm. Mən daha yaxşı münasibətə layiq olduğumu düşünürəm. İndi sadəcə səbr edirəm", deyib.
Yanvar ayından komandadan ayrılacaq olan Diyeqo üçün rus klubları hərəkətə keçib. Rus medyası Luqanonun Rusiya klublarından birində oynayacağı qənaətindədir. Uruqvaylı futbolçunun meneceri isə Rusiyadan gələn təkliflərə açıq olduqlarını söyləyib.
