big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Fənərbağça”nın sabiq futbolçusu: “Azərbaycan Berti Foqtsdan əsla imtina etməməlidi” – MÜSAHİBƏ

07.06.2012 , 07:01

"Fənərbağça"nın sabiq futbolçusu, hal-hazırda şərhçilik edən Səlcuk Yulanın Korner.az-a müsahibəsi

-Azərbaycan futbolu haqda fikirlərinizi öyrənmək istəyərdim?

Mən Azərbaycana ilk dəfə gələndə bizim milli sizin komanda ilə qarşılaşırdı. Həmin oyunda Hakan Şükür bir qol da vurdu və qalib gəldik. Ən son qarşılaşmada isə siz 1:0 hesabı ilə qalib gəldiniz. Bu isə onun göstəricisidir ki, Azərbaycan futbolu irəliləyir. Düzdür, zəif inkişaf getdi, ancaq dövlət, bildiyim qədər, futbola vəsait ayırıb və bu gec-tez öz bəhrəsini verəcək. İdmanda irəliləməmək mümkün deyil. Misal üçün, bizim milli son 15-20 ildə elə inkişaf etdi və nəticədə dünya üçüncüsü olduq. Avropa çempionatında uğurlu çıxış etdik. Bu nailiyyətlərə sizin də imza atacağınıza heç şübhəm yoxdu.

-Milli komandamızın oyunlarını izləmisizmi? Ümumilikdə Azərbaycan yığmasını necə dəyərləndirərdiz?

Milli komandanızın bizim yığma ilə oyununu izlədim. Həmin matçda da komanda sona kimi mübarizə aparıb qalib gəldi. Əsas olan hücum futbolu oynamaqdır. 10 futbolçu geridə, 1-i öndə olsa, bu cür futbol kimə lazımdır?  Azarkeşlərə baxımlı oyun və bir o qədər də nəticə lazımdı. Yoxsa 10 futbolçu müdafiəyə çəkilsin, biri də hücumda tək qalsın və sonra da orta sahəni keçə bilməyincə komanda, forvard neyləsin təkbaşına? Bəli, razıyam, bu cür futbolla 1 xal qazanmaq olacaq. Lakin kimə lazımdır qorxaq futbol? 0:10 məğlub ol, ancaq pressinq elə, hücumlar çox olsun. Azərbaycan millisinin bu cür oynaması  vacibdi. Yoxsa otur müdafiədə, rəqib səni sıxsın, daim təzyiqdə saxlasın, matç 0:0 bitsin və sevinək. Buna heç sevinmək lazım deyil. 

– Azərbaycan yığması Türkiyəni 1:0 yendiyi matça qədər  bizim futbol haqda, demək olar, heç kim , heç nə bilmirdi. Bu qələbədən sonra diqqətlər Azərbaycana yönəldi…

Normal bir şeydi. Türkiyənin burda məğlub olması hər yerdə sensasiya kimi qəbul edildi. Hamı fikirləşdi ki, Azərbaycan futbolunda inkişaf var, irəliləyiş var. Bu normal bir şeydi. Düzdür həmin oyunda Azərbaycan güclü oynadı və qalib gəldi. Amma həmin oyundan sonra nə oldu? Yəni bu cür oyunları sizin milli çox nümayiş etdirməli, bu tərzdə davam etməlidir. 

– Şərhçi kimi Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun işini necə dəyərləndirərdiz?

Azərbaycan Berti Foqtsdan əsla imtina etməməlidir. Buna misal olaraq sizə deyə bilərəm ki, Mustafa Dənizlinin rəhbərlik etdiyi milli komanda Lononda İngiltərəyə 0:10 hesabı ilə məğlub olmuşdu. Lakin həmin oyunda türk futbolunun irəliləyişi, inkişafı görünürdü. Londonda baş tutan matçda Türkiyə rəqibini daim təzyiqdə saxlayırdı, 4-5 qol imkanından yararlana bilmədi. 7-8  topla məğlub olduğumuz oyunlar da oldu. Nəticəsi isə göz qabağındadı. Biz tutduğumuz yoldan dönmədik. Məncə, siz də bu yoldan dönməsəz inanıram ki, yaxın 3-4 il ərzində Azərbaycan futbolu Avropada öz sözünü deyəcək.

– Bizim futbolçulardan kimi tanıyırsız?

Vallah, ad çəkə bilməyəcəm. Lakin bizə qol vuran Rəşad Sadıqovu yaxşı tanıyırıq.(gülür)  Sizdə cinahı yaxşı istifadə edən sürətli futbolçular var. Azərbaycan millisində cinah oyunçuları daha çox xoşuma gəlir.

-Azərbaycan klubarı haqda məlumatınız varmı?

Düzünü desəm, yox. Sadəcə bu il ölkə çempionunuzun ("Neftçi" – S.Q.) bir neçə oyununu izləmişəm. Hələ uzun müddət burda olacam. Azərbaycan futbolu haqda hər şeyi öyrənəcəm.

SƏXAVƏT QURBANOV

Son yazılar

To Top