“Fənərbağça”nın keçmiş baş məşqçisi Aykut Kocaman həmyerlimiz Ruslan Abışovun çıxış etdiyi “Rubin”i çalışdıra bilər.
Korner.az-ın məlumatına görə, bu barədə Türkiyənin “Sabah” qəzeti xəbər verib.
48 yaşlı mütəxəssis ötən ilin mayından bu yana işsizdi. 3 il ərzində o , “Fənərbağça” ilə 1 dəfə ölkə çempionluğunu , 2 dəfə də kubokunu qazanıb.
Qeyd edək ki, Aykut həm də “Latsio”nun baş məşqçisi olmağa namizəddir.
