“Fənərbağça”nın Rayan Kentlə bağladığı müqavilənin detalları
16.05.2023 , 17:55

“Fənərbağça” “Reyncers”in futbolçusu Rayan Kenti heyətinə cəlb etməyə yaxınlaşıb.
Korner.az xəbər verir ki, tərəflər arasında 2 aya yaxın aparılan danışıqlar müsbətə doğru davam edir.
Klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq futbolçunun İstanbul təmsilçisinin təklifini qəbul etdiyi bildirilir.
Ötən gün tərəflərin ilkin razılığa gəldiyi, Rayan Kent ilə 3+1 illik müqavilənin bağlanacağı gözlənilir.
