Türkiyə Super Liqasında mübarizə aparan "Fənərbağça" klubunun prezidenti Əziz Yıldırım ölkənin Peşəkar Futbol İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Korner.az-ın məlumatına görə, komitə klub prezidentini 45 gün müddətinə vəzifəsindən azad edib.
Bundan başqa, Əziz Yıldırıma 30 min türk lirəsi, kluba isə 100 min türk lirəsi məbləğində pul cəzası verilib.
Buna səbəb kimi klub prezidentinin ötən günlərdə idman mədəniyyətinə zidd açıqlamalar etməsi göstərilib.
