“Fənərbağça”nın prezidenti cəzalandırıldı
24.09.2019 , 19:29

“Fənərbağça” klubunun prezidenti Ali Koç Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.
Korner.az xəbər verir ki, ona 30 günlük cəza, 20 min TL məbləğində cərimə kəsilib.
Cəzaya “Fənərbağça” prezidentinin idmançıya yaraşmayan açıqlamalar verməsi səbəb göstərilir.
“Kayserispor”un vitse-prezidenti Mehmet Çakmak da oxşar açıqlamalar səbəbi ilə 45 günlük cəzalandırılıb, 30 min TL cərimə olunub.
