Futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Korner.az-ın məlumatına görə, Özbəkistanın paytaxtı Daşkənddə ilk dəfə təşkil edilən beynəlxalq turnirə qatılan yığmamızın son məşqində zədələnən Seymur Məmmədov heyətdən çıxarılıb.
Onun əvəzinə heyətə “Fənərbaxça” komandasının üzvü Vitali Borisov dəvət olunub.
Bu gün start götürəcək turnirdə millimizin ilk rəqibi Qazaxıstan olacaq. Oyun Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
