“Fənərbağça”nın oyunçusu əməliyyat olundu
07.05.2025 , 15:20

“Fənərbağça”nın futbolçusu Mert Hakan Yandaş əməliyyat olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, uzun müddət xəstəxanada müalicə alan oyunçunun sol topuğundan əməliyyat olunduğu bildirilib.
Bu mövsüm İstanbul təmsilçisinin heyətində 27 matçda forma geyinən Mert Hakan Yandaş 1 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
