“Fənərbağça”nın növbəti hədəfi
05.05.2023 , 17:19

“Fənərbağça” növbəti mövsüm üçün transfer addımlarını atmaqda davam edir.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi müqavilə ilə Moskvanın “Spartak” klubuna məxsus olan çexiyalı yarımmüdafiəçi Aleks Kralı transfer edə bilər.
“Fənərbağça” rəhbərliyinin Rusiya klubu ilə 1 illik müqaviləsi olan futbolçunu ən əlverişli şərtlərlə heyətinə cəlb etməyə yaxın olduğu bildirilir. Qısa zamanda tərəflər arasında danışıqların olacağı gözlənilir.
